11 Aprel 2015 23:34
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Stenford Universitetinin alimləri yeni alüminium-ion batareyalar üzərində işləyirlər.

Publika.az ictnews.az saytına istinadən xəbər verir ki, yeni batareyalar hazırda bütün elektronika qurğularında istifadə olunan litium-ion ilə müqayisədə partlamağa daha az meyillidir və bu batareyaların enerji ilə doldurulması prosesi bir dəqiqə çəkir. Batareya smartfona yerləşdirildikdə onu bir dəqiqə ərzində elektrik şəbəkəsindən tamamilə yükləmək mümkün olacaq.

Universitetin professoru Day Honq Yenin bildirib ki, onların hazırladıqları batareya litium-ion akkumulyatoru ilə müqayisədə təxminən iki dəfə az gərginliklə təmin edir, lakin alimlər bu göstəricini artırmaq niyyətindədirlər.

Yeni batareyaların satışa çıxarılma vaxtı barədə dəqiq məlumat verilmir.


Müəllif:

Oxşar xəbərlər