Türkiyəli iş adamı xanımını uşaqlarının riyaziyyat müəllimi ilə birlikdə tutub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. 44 yaşlı biznesmen M.A. həftə sonu qızlarını bağ evinə aparıb. Həyat yoldaşı 40 yaşlı A.İ isə evdə tək qalıb. Bir gün sonra binanın təhlükəsizlik xidmətinin əməkdaşları M.A.-ya zəng ediblər. Ondan təmir işlərinə görə avtomobilini yerini dəyişməsini istəyiblər.
Günorta İstanbula qayıdan M.A. maşının çəkdikdən sonra evinə gedib. Qapının açarla açmağa çalışan ər qapının içəridən bağlı olduğunu görüb. Həyat yoldaşı qapını alt paltarında açıb. Tez evə girən M.A. yerdə kişi alt paltarı və corab görüb. Otaqları axtaran ər qızlarının riyaziyyat müəllimini çılpaq halda şfanerdə tapıb. Əsəbi halda olan M.A. silaha əl atıb. Mübahisə zamanı silahdan atəş açılsa da, heç kimə dəyməyib. A.İ ərinin əlindən silahı alıb. Müəllim isə fürsətdən istifadə edərək evdən qaçıb.
Qonşuların çağırış nəticəsində hadisə yerinə polis gəlib. Polis hadisə ilə bağlı istintaqa başlayıb.
Rüstəm