26 Sentyabr 2015 14:12
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukkenberqin “bəyənmə” düyməsini işə salacaqları ilə bağlı məlumatı istifdəçilərə yeni problem yaradıb.

Publika.az xəbər verir ki, ilkin məlumatda bu çox maraqlı və müsbət bir yenilik kimi qəbul olunsa da, hakerlər bundan insanları aldatmaq üçün istifadə etməyə başlayıb. Belə ki, hakerlər istifadəçilərə “bəyənmə” düyməsini işə salacaqlarını vəd edən bildiriş göndərirlər. İstifadəçi həmin bildişi açandan sonra ondan bəzi şəxsi məlumatları yazması və anket doldurması tələb olunur.

Bu məlumatlar daha sonra istifadəçinin mail ünvanına Spam göndərmək üçün istifadə edilir. Hələ ki, bu haker qrupunun neçə nəfərə zərər vurduğu dəqiq bilinmir.


Müəllif:

Oxşar xəbərlər