Mobil telefonlar hafizə, yaradıcı düşüncəni zəiflədir.
Publika.az xəbər verir ki, bu barədə Dünya Mental İdman Federasiyasının Türkiyə başçısı Məlik Duyar açıqlama verib.
Onun sözlərinə görə, xüsusən də yeni nəsil ağıllı telefonlar insanların yeni fikirlər istehsal etməsinə mane olur.
“Rəqs etmək,kitab oxumaq, mobil telefonlardakı nömrələri yadda saxlamaq çox sadə görünsə də, hafizəni gücləndirən üsullardır. Beyində milyonlarla hüceyrə və onlar arasında kanallar var. Bu kanallar hafizəni gücləndirməyə xidmət edir. Yəni bədəndəki əzələləri hərəkət etdirdikcə, o sağlamlaşdığı kimi bu kanalları da istifadə etdikcə, yaddaş güclənir. Yaddaş istifadə edilmədikcə bu kanallar arası əlaqələr qopur və keçmişi xatırlamamağa başlayacaqsınız”.
Onun sözlərinə görə, ağıllı telefonlardan istifadə etdikcə, yaddaşdan daha az istifadə edirik, nəticədə beynin yeni fikirlər yaratmaq qabiliyyəti itir. Yaradıcı potensial da o qədər aşağı enir.