Kişi avtomobili ilə keçmiş həyat yoldaşının və onun sevgilisinin üzərindən keçib.
Hadisə Çində baş verib. Cütlüyün polis bölməsindən çıxdığını görən qəzəbli kişi avtomobilini onların üzərinə sürüb. Daha sonra maşınını dayandıran keçmiş ər qadına və sevgilisinə təpik zərbələri endirib.
Hadisə nəticəsində hər iki şəxs ağır xəsarət alıb. Cinayətkar isə polis tərəfindən saxlanılıb. Məlum olub ki, cütlük elə həmin şəxsdən şikayət etmək üçün polis bölməsinə gəlib.
Teleqraf.com təhlükəsizlik kamerasına əks olunan görüntüləri təqdim edir:
Samir