30 Sentyabr 2015 16:03
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Şəhər Universitetinin tələbəsi, 21 yaşlı yəmənli S.G. mindiyi avtobusda sürücü tərəfindən zorlandığını bildirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, polis artıq sürücünü həbs edib.

Xəbərə görə, S.G iki öncə təhsil almaq üçün Türkiyəyə gəlib. O, universitetin yataqxanasında qalmağa başlayıb. Qurban Bayramı zamanı Üsküdardan yataqxanaya qayıdan gənc qız avtobusa minib.

S.G. ifadəsində avtobusda özündən başqa heç kimin olmadığını bildirib:

"Bir qədər getdikdən sonra sürücü yolu dəyişdi. Daha sonra avtobusu saxladı və əlindəki bıçaqla məni təhdid edərək zorladı."

Yəmənli tələbə hadisədən sonra tanımdığı bir yerdə avtobusdan düşdüyünü və dostlarına zəng etdiyini qeyd edib.

Polis gənc qızın şikayətindən sonra 48 yaşlı A.K.-ni həbs edib. Sürücü verdiyi ifadəsində "Avtobusda son sərnişin o, qaldı. Avtomobilə benzin doldurmalı olduğunu dedim. Səsini çıxarmadı. Beykoza getdik, sahildə çay içdik. Ordakı çəmənlikdə birlikdə olduq. Özü istədi. Sonra yataqxanaya apardım. Avtobusda 24 saat çəkiliş edən kamera var. Görüntülərə baxılmasını istəyirəm" deyib.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər