19 Oktyabr 2015 08:05
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amazon şirkəti vebsaytın fikir və rəy bölümünə yazılmış 1 mindən çox saxta rəy müəlliflərinə qarşı iddia qaldırıb.

İddia ərizəsi Vaşinqton yaxınlığındakı Seattle şəhər məhkəməsinə təqdim olunub.Amazon-un bildirdiyinə görə, məhsulunu satdırmaq istəyənlər tərəfindən pulla "saxta, çaşdırıcı və həqiqətə uyğun olmayan" rəylərin yazdırılması şirkətin nüfuzuna ziyan vurur.

Aprel ayında Amazon şirkəti bir neçə saytı pulla saxta rəylər yazdırıb satdıqlarına görə məhkəməyə vermişdi.
Amazon bildirib ki, real adları hələlik məlum olmayan 1,114 nəfər Fiverr.com saytında 5 dollara tərif dolu saxta rəylər yazmağı təklif ediblər.

"Bu cür adamların sayı nisbətən az olsada, onların şirkətin nüfuzu və hörmətinə vurduğu zərər böyükdür. Bu cür hərəkətlər saytdan istifadə edən alıcı və satıcıların gözündə şirkətin adına kölgə salır", Amazon şirkətinin iddia ərizəsində qeyd olunub.


Müəllif:

Oxşar xəbərlər