18 Fevral 2016 12:19
14 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində Cinayət Məcəlləsinin 13 maddəsi ilə ittiham olunan milyader Lyu Xanyu edam edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu edam Çində demək olar ki, hər kəsin qanun qarşısında bərabər olduğunu göstərib.

Bu barədə "South China Morning Post" məlumat yayıb. 2015-ci ilin mayında Lyu Xanyunun 13 maddə üzrə günahkar olduğu sübut edilib.

İstintaq milyaderin gizli şəkildə cinayətkar qrupa başçılıq etdiyini, qətllər törətdiyini, qanunsuz kazino işlətdiyini və silah satışı ilə məşğul olduğunu müəyyən edib.

Lyu Xanyu ilə bərabər ona yaxın olan 4 nəfər də edam olunub.

Honqkonqlu jurnalistin məlumatına görə, Lyu Xanyunun Çinin Dövlət Təhlükəsizlik Qurumunun keçmiş rəhbəri Çjou Yunkanemlə əlaqəli olduğu qeyd edilib. Bunun nəticəsində o, uzun müddət məsuliyyətdən qaça bilib. 2015-ci ilin dekabrında Çjou Yunkamen vəzifəsindən azad olunub və partiya bileti əlindən alınıb. Onun korrupsiyada ittiham olunacağı gözlənilir.

Ramal


Müəllif:

Oxşar xəbərlər