24 Aprel 2016 00:55
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşqabadda keçirilən beynəlxalq müsabiqədə 2016-cı ilin axaltekin cinsli ən gözəl atı seçilib.

Musavat.com xəbər verir ki, Türkmənistan prezidentinin Axaltekin atçılıq kompleksində keçirilən son turda “Bəyxan” ləqəbli at qalib gəlib.

Məlumata görə, Türkmənistanın ən gözəl atının 8 yaşı var. Qalibin qərarını tanınan at mütəxəsisləri və çaparlar daxil olmaqla beynəlxalq münsiflər heyəti verib.

Atın gözəlliyinə görə onun sahibləri Türkmənistan prezidentindən “Hyundai Equus” avtomobili hədiyyə alıb.


Müəllif:

Oxşar xəbərlər