Türkiyənin paytaxtı Ankara şəhərində polis rəisi vəzifəsində çalışan Batuhan H. intihar edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Batuhan sevgilisi Necmiye adlı xanımı öldürdükdən sonra xidməti silahı ilə özünə atəş açıb. İlkin ehtimallara görə, hadisəyə cütlük arasında yaranmış mübahisə səbəb olub.
Faktla bağlı araşdırmalar aparılır.
Elvin