7 Yanvar 18:21
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı Çinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb.

"Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir. Dost Çinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların və bu fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, Tibetdə 6,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər