8 Yanvar 15:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətinin Fransa-Azərbaycan ikitərəfli münasibətləri ilə eyniləşdirilməsinin tərəfdarı deyilik".

Teleqraf.com xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov yanvarın 8-i keçirdiyi mətbuat konfransında deyib.

"Bizim təşkilatımızın fəaliyyəti və missiyası ictimaiyyətə açıqdır. Fransa hökuməti dünya ictimaiyyətini aldatmağa çalışır. Guya, BTQ-nin faəliyyətinin Fransa xalqına qarşı yönəldiyini diqqətə çatdırır. Bu isə dezinformasiyadır. Bizim təşkilatımız, beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq müstəvidə kolonializmlə mübarizə aparır", -deyə o söyləyib.

Abbas Abbasov, bunun Fransa xalqı ilə heç bir əlaqəsi olmadığını da qeyd edib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər