8 Yanvar 12:14
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının növbəti iclası bu ay keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan açıqlama verib.

“Bəli, yanvarda görüş planlaşdırılır. 2024-cü ildə əldə edilən delimitasiya və demarkasiyanın müsbət təcrübəsi sakit, iş şəraitində inkişaf etdirilməlidir”, - baş nazir müvafiq suala cavabında qeyd edib.

Həmçinin Ermənistan baş nazirin müavini Mqer Qriqoryanın ofisindən bildirilib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyalarının iclası keçiriləcək, amma tarixlə bağlı hələlik razılaşma yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər