Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 100 nəfər təşkil edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin dekabrın 1-nə olan məlumata əsasən, həmin şəxslərin 18-i ittiham olunan, 82-si isə məhkumdur.
Gürcüstanda probasiya nəzarətində 55 nəfər Azərbaycan vətəndaşı var ki, onların 48-i kişi, 7-si isə qadındır.
Qonşu ölkədə ümumilikdə 1 043 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, 489 nəfər xarici ölkə vətəndaşı isə probasiya nəzarətində saxlanılır.