"Əvvəlcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk ki, təşkilatımızın fəaliyyətini yüksək qiymətləndirir. Məhz dövlətimizin başçısının Qoşulmama Hərəkatının Sədri kimi kolonializm mövzusuna diqqət çəkməsi və bu gündə müxtəlif beynəlxalq platformalarda bu problemi qabartması nəticəsində dünya ictimaiyyətinin diqqəti bu məsələyə son illər daha çox yönəlib".
Teleqraf.com xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov yanvarın 8-i keçirdiyi mətbuat konfransında deyib.
"Dünya ictimaiyyəti ilə yanaşı, BTQ beynəlxalq təşkilatların da diqqətini bu mövzuya yönəltmək istiqamətində fəaliyyət göstərir və bu istiqamətdə təşkilatımızın qısa zamanda mühim uğurları var. Sadəcə, Prezidentimizin kolonializm ilə mübarizəyə dəstəkdə qətiyyətli mövqeyi və BTQ-nin beynəlxalq müstəvidə həyata keçirdiyi uğurlu fəaliyyət bu qərəzli hesabatı hazırlayanların yalanlarını ifşa edir və onları belə əsassız fikirləri səsləndirməyə vadar edir", - deyə təşkilatın sədri söyləyib.