8 Yanvar 15:41
215
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arzuolunmaz halların baş verməməsi üçün vaksinlərdən mütləq yararlanmaq lazımdır".

Teleqraf.com xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov Səhiyyə Nazirliyinin sosial media hesabındakı canlı yayımında deyib.

O bildirib ki, peyvəndlər bir neçə ştamlara qarşı təsirli olur: “Hansı virusun olmasından asılı olmayaraq vaksin çox hallarda effektiv olur. Epidemik hal başlamazdan əvvəl mütləq peyvənd vurulmalıdır. Çox təhlükəsiz preparatdır, arzuolunmaz halların baş verməməsi üçün yararlanmaq lazımdır. Hamilə qadınların, azyaşlı uşaqların da peyvənd olunmasında heç bir mənfi hal yoxdur”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər