Bakı Təşəbbüs Qrupunun (BTQ) rəsmi veb-saytı və sosial şəbəkə hesabları uzun müddətdir ki, davamlı şəkildə kiberhücumlara məruz qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə BTQ-nin Kommunikasiya və data şöbəsinin müdiri Elgün Hacıyev yanvarın 8-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, kiberhücumların əsas məqsədləri BTQ-nin fəaliyyətini məhdudlaşdırmaq, təşkilatın missiyası ilə bağlı məlumatların yayılmasını əngəlləmək və beynəlxalq ictimaiyyətin diqqətini dekolonizasiya, insan haqlarına yönəltmək səylərinin zəiflədilməsidir.
"Bu cür hücumlar yalnız BTQ-yə deyil, eyni zamanda, azad media, beynəlxalq hüquq və fikir azadlığı prinsiplərinə qarşı təhdiddir",- deyə o vurğulayıb.