12:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılması ərəfəsində Fransa Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Karlton universitetində araşdırmaçı Robert Katler "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda qeyd edib.

Katlerin sözlərinə görə, Fransa və Ermənistan arasında imzalanan silah sövdələşməsi İrəvana müasir tipli silah və müdafiə sistemləri əldə etmək imkanları yaradıb: "Ermənistanla artan müttəfiqlik regionda müharibə riskini artıran amildir".

"2020-ci ilə qədər Fransa ATƏT-in həmsədri qismində çıxış edirdi. Lakin 2020-ci ildəki müharibə Ermənistanın kövrəkliyini sübut etdi. Həmin periodda Rusiyanın da Cənubi Qafqazda rolu azalmaqda idi. Bundan istifadə etməyə çalışan Fransa regiondakı məhdud rolunu gücləndirməyə çalışır",- araşdırmaçı bildirib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər