Azad agent statusunda olan ispaniyalı futbolçu Serxio Ramos Meksikanın "Monterrey" klubuna keçəcək.
Teleqraf.com "Super Deportivo"ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi yeni klubu ilə bir illik müqavilə imzalayacaq.
Mənbənin sözlərinə görə, Ramos tibbi müayinədən keçdikdən sonra rəsmi təqdimetmə mərasimi keçiriləcək.
Qeyd edək ki, Serxio Ramosun son klubu peşəkar karyerasına başladığı İspaniya “Sevilya”sı olub.
O, əvvəllər eyni ölkənin "Real Madrid" və Fransanın PSJ klublarında da çıxış edib.