11:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın cəzaçəkmə müəssisələrində 98 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Yanvarın 1-nə olan məlumata əsasən, həmin şəxslərin 20-si ittiham olunan, 78-i isə məhkumdur.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 48-i kişi, 7-si qadın olmaqla, 55 nəfər təşkil edir.

Qonşu ölkə hənbsxanalarında saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 008 nəfərə bərabərdir. Probasiya nəzarətinə alınan xarici ölkə vətəndaşlarının sayı isə 484 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər