Türkiyə və Azərbaycan arasında əlaqələr gücləndikcə erməni diasporunun diqqəti tamamilə bu münasibətlərə yönəldi.
Teleqraf.com xəbər verir ki, bunu "Conflicts" jurnalının direktoru Gil Mihaeli "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Türkiyə və Azərbaycan arasında əlaqələr gücləndikcə erməni diasporunun diqqəti tamamilə bu münasibətə yönəldi. Onlar çalışırdılar ki, erməni soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən tanınsın və ən əsası, Qarabağın müstəqilliyi elan olunsun. Buna görə də onlar öz əlaqələrini daha da möhkəmləndirdilər. Erməni diasporunun KİV-ə inteqrasiyası gücləndi, Fransa hökuməti ilə əlaqələri daha da inkişaf etdirdilər,"- o qeyd edib.