11:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) professoru Məmmədağa Baxışov "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

"Türkiyəni hər zaman "soyqırımda" ittiham edən Fransa müstəmləkəçi ölkə olaraq bir çox regionda, xüsusilə Əlcəzairdə, kütləvi qətllər törədib. Əlavə olaraq, Xocalı soyqırımı zamanı da Azərbaycanı dəstəkləməyib. Bütün ölkələr, o cümlədən Fransa, Azərbaycan və Ermənistan münaqişəsində hər zaman İrəvanın təəssübünü çəkib. Fransa Azərbaycanın xarici siyasətinə təzyiq göstərir və ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır. Bu addımlarla Fransa Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir. Bunun ən mühüm göstəricisi isə Ermənistanda Avropa İttifaqı missiyasının müddətinin uzadılmasıdır",- o qeyd edib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər