11:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycan-Ermənistan münaqişəsində tutduğu mövqe təəssüf ki, həmişə ikitərəfli münasibətlərin əleyhinə olub.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin professoru Məmmədağa Baxışov "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.

Onun sözlərinə görə, Fransa Ermənistana dəstəyini heç vaxt əsirgəməyib. Onlar Avropa İttifaqına rəhbərlik etməyə çalışıb və bunun üçün həmişə Ermənistandan istifadə edib.

"Fransa-Azərbaycan münasibətlərinin tarixi əvvəldən yaxşı olmayıb. Fransa hökuməti 1919-cu ildə Azərbaycan nümayəndə heyətini Parisə buraxmayıb. Daha sonra 1940-cı ildə Fransa tərəfi Bakı və Qroznı neftini ələ keçirməyə çalışsa da, Almaniya bunun qarşısını aldı. Belə misallar çoxdur. Bunların hamısı tarixən münasibətlərin hansı vəziyyətdə olduğuna sübutdur",- professor bildirib.

Məmmədağa Baxışov əlavə olaraq qeyd edib ki, münaqişənin həlli istiqamətində Fransanın da üzv olduğu ATƏT-in Minsk Qrupunun təsir dərəcəsi sıfıra bərabər olub: "Minsk Qrupunun təklifləri həmişə Ermənistanın xeyrinə olub. Fransa bu yolla Azərbaycanı daim təzyiq altında saxlamağa çalışıb".


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər