22 Noyabr 2016 13:36
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov uzun müddətdən bəri ilk dəfə media qarşısına çıxıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Fins.az xəbər yayıb.

Nazir bu gün Bakıda işə başlayan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiyalar sərgisinin açılışında olub.

Nazir rəhbərlik etdiyi qurumun normal şəkildə fəaliyyət göstərdiyini bildirib. Konkret işlərə gəlincə, bildirib ki, hazırda əsas məsələlərdən biri Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin başa çatdırılması və ölkədə avtomobil yollarının tikintisi ilə bağlıdır: "Nazirliyimiz bu istiqamətlərdə qarşısında dayanan vəzifələrin icrası ilə məşğuldur".


Müəllif:

Oxşar xəbərlər