Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və İmişli rayon Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində reyd keçirilib.
Reydlə əlaqədar rayonun əsas küçə və prospektlərində postlar qurulub.
Aparılan reydlər zamanı müxətlif qanun pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində protokol tərtib olunub. Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərin nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Sərxoş olduğunu gizlətməyə çalışan, təqdim olunan alkotesterə etibar etmədiyini bildirən sürücülərə rast gəlinib. Ən çox rast gəlinən hal isə sürücülərin təhlükəsizlik kəmərindən istifadə etməməsi olub. Digər qayda pozucuları arasında işıqforun qırmızı işığında keçən, avtomobili nömrəsiz idarə edən, sükan arxasında telefonla danışan, texniki baxışdan yayınan sürücülər olub.
Axşam saatlarınadək davam edən reyd zamanı ümumilikdə 50-dən çox sürücü haqqında qanuna müvafiq olaraq protokol tərtib olunub.
Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
\Report\