İqtisad Universitetində ixtisas seçimi ləğv olunub
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov imtahan sessiyasının yekunu ilə bağlı qrup nümayəndələri, tələbələr və tədris bölmələrinin rəhbərinin iştirakı ilə görüş keçirib.
ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Teleqraf.com-a daxil olan xəbərə görə, görüş zamanı imtahan sessiyasının təkmilləşdirilməsi istiqamətində tətbiq edilən dəyişikliklər barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.
Sonra tələbələri narahat edən məsələlər dinlənilib. Görüş iştirakçıları rektora daha çox ixtisas seçimi ilə bağlı suallar ünvanlayıblar. Universitet rektoru müraciətləri nəzərə alaraq ADİU-da ixtisas seçiminin ləğv edilməsi qərarını verib.
Yekun qərara əsasən ADİU-da təhsil alan tələbələr ixtisas seçimi prosesində istədikləri istiqaməti seçə biləcəklər.
NİGAR