Taliban Əfqanıstanda Puştköy rayon polis rəisi və iki mühafizəçisini öldürüb.
Teleqraf.com xəbər verir ki, Əfqanıstanın qərb əyalətindəki Fərəh bölgəsində partlayış baş verib.
Fərəh valiliyinin nümayəndəsi Nazir Mehri bildirib ki, yol kənarına uzaqdan idarə olunan bomba yerləşdirilib və sonra partladılıb. Polis rəisi ərazidən keçərkən partlayışın episentrinə düşüb.
Taliban isə polis rəisi ilə birlikdə 4 mühafizəçisinin də öldürüldüyünü iddia edib.