29 Sentyabr 2017 16:57
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur.

Bu barədə Teleqraf.com-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən açıqlamada bildirilib.

Məlumatda bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədəki telekomnukasiya infrastrukturuna texniki nəzarəti həyata keçirmək üçün Şəbəkə Əməliyyat Mərkəzi fəaliyyət göstərir:

“Həm “Aztelecom”un həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb”.

Nazirlikdən bildirilib ki, ölkə ərazisində genişzolaqlı sabit internet şəbəkəsində hər hansı bir problem müşahidə olunmur”.

Azərbaycanın milli kommunikasiya operatoru - "Delta Telecom" MMC-dən isə bildirilib ki, internet təchizatında hər hansı problem qeydə almayıb:

“Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər