8 Noyabr 2017 17:44
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Affekt vəziyyətinə düşən insan davranışlarını idarə edə bilmir.

Bu sözləri Teleqraf.com-a amansızlıqla törədilən cinayətlərin səbəbləri barədə danışan psixoloq Xatirə Səfərova deyib.

Onun sözlərinə görə, belə vəziyyətlərdə insanın özünüidarə gücü tamamilə aşağı düşür: “O, yalnız emosiyaları diqtəsi ilə hərəkət edir. Emosiyalar isə düşünməyə imkan vermir. İnsanlar bir çox cinayətləri elə affekt halında törədir.

Hər hansı söz, hərəkət insanda yüksək qıcıq nöqtəsinə çatarsa, o, affekt halına düşür. Yəni söhbət plansız, düşünülməmiş cinayətlərdən gedir. Qarşıdakı insan özünü müdafiə etdiyi müddətcə affekt sönmür”.

Psixoloq əlavə edib ki, daha çox kişilər affekt halına düşür: “Cinayət hadisələri daha çox kişilərdə rast gəlinir, nəinki qadınlarda. İnsanın affekt halına düşməsi situasiyalardan asılı olur”.

Qeyd edək ki, bu gün Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvə qabını çırpıb. Nazim Vəliyev yerə yıxılıb.

Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər