19 Mart 2018 10:35
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xələti ilə çıxmasına münasibət bildirib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Report-a açıqlamasında deyib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.

Onun sözlərinə görə, Şuranın kompetensiyasına efirdə konkret qanun pozuntuları, milli-mənəvi dəyərlərə zidd hallar və ictimaiyyəti narahat edən digər davamlı ciddi neqativ tendensiyalar daxildir: "Bu aspektdə bütün proseslər diqqətdə saxlanılır və yayımçıların efiri daimi monitorinq nəzarətindədir. Mütəmadi olaraq qeydə alınan nöqsanlar və görülən tədbirlər barədə ictimaiyyət məlumatlandırılır. Lakin bu o demək deyil ki, biz şou verilişlərdə şou naminə edilən hər bir eksperimentə dərhal sərt müdaxilə etməliyik. Bu, yayımçıları lüsumsuz gərginlikdə saxlamağa gətirib çıxara bilər. Bu mənada sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş ATV kanalının efirində “Zaurla günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur. Bununla belə, hesab edirəm ki, elektron media və sosial şəbəkələrin teleradio məkanında baş verənləri diqqətdə saxlaması təqdirəlayiqdir və yayımçılar fəaliyyətlərində bu faktoru mütləq nəzərə almalıdırlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər