24 Sentyabr 2018 14:20
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki qız atası olan ali təhsilli mühasibatçıTural Qəhrəmanov səhhətinə görə heç bir yerdə işləyə bilmir.

Bu barədə o, Teleqraf.com-a müraciətində deyib.

Tural Qəhrəmanov 1981- ci ildə Qazax rayonun Aşağı Əskipara kəndində anadan olub. Uzun illərdir ki, miyopatiya xəstəliyindən əziyyət çəkir. Xəstəlik əzələlərdə güc zəifliyi yaratdığı üçün o, gəzə bilmir.

Deyir ki, dərmanlarım çox bahadır, müalicə olunmasa qollarının və ayaqlarımın gücü tamamilə tükənə bilər: “Bütün bunlara baxmayaraq xəstəliyimlə mübarizə aparmağa çalışıram”.

Tural həm də Azərbaycanda yenicə fəaliyyət göstərən və paralimpiya növü olan Boccia ilə məşğuldur, idmançıdır: Ən böyük arzum xarici dövlətlərdə üçrəngli bayrağımızı zirvələrdə dalğalandırmaqdır. Bunun üçün də dəstəyə ehtiyacım var...”

Hərdən Bakıya gələrək , 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində müalicə olunur. Heç bir kəsədən isə şikayəti yoxdur.

Kömək etmək istəyənlər 0557440269 və 0516321665 mobil nömrələri ilə əlaqə saxlaya, eyni zamanda AZ70IBAZ33881019446165159254 bank hesab nömrəsinə pul keçirə bilərlər.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər