18 Fevral 2020 09:55
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Kliniki Tibbi Mərkəzdə koronavirus təhlükəsilə karantində saxlanılan tələbələr evə buraxılıb.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən Teleqraf.com-a verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb.

Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Vəziyyəti normaldır heç bir şikayəti yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər