14 Mart 2020 09:27
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küçə sənətçiləri musiqidən tutmuş teatr sənətkarlığına, rəssamlığa qədər bütün sənət növlərini insanlara pulsuz təklif edirlər.

Teleqraf.com küçə sənətinin növlərindən olan street artın şəhərimizdəki görüntülərini sizə təqdim edir.

Street art rəngli sprey boyalarla divarların, asfalt və dirəklərin üzərində canlı nəsnələrdən seçilməyən rəsm əsərlərinin yaradıldığı sənət növüdür. Şəhərimizin divarlarında çəkilən bu rəsmlər görənlərin ovqatını yüksəldir.

Street art sənətinin tanınması və daha geniş kütlə tərəfindən sevilərək istifadə olunması 1980-ci illərdə Amerikada başlayıb. Küçə sənəti mənasını verən street art termini ilk dəfə 1985-ci ildə Nyu-Yorkda işlənib. Bu sənətin ilk addımları qədim Misirdə divar üzərindəki şəkil və yazılardan ibarət qrafitlər sayılır.

Street art mararifləndirici xarakter daşıyır. Street arta azad sənət də deyirlər. Burada təkcə sprey boyalardan yox, adi qalıcı, asan silinməyən boyalardan da istifadə olunur.

Street artı ənənəvi sənət sahələrindən kənarda qalan ictimai yerlərdə görə bilərsiniz. Bu növü tənqid və yumoru da özündə birləşdirir. Dünya siyasətini və sosial qaydalarını tənqid edən küçə sənətçiləri anonim qalmağı üstün tuturlar.

Küçə sənətinin ən vacib xüsusiyyəti sənətçi ilə tamaşaçı arasındakı üçüncü tərəfləri aradan qaldırmasıdır. Sənətçi tamaşaçılarla birbaşa əlaqə qurur. Bu sənətçiyə heç bir məhdudiyyət olmadan fikrini sərbəst ifadə etmək şansı verir.

Street artı bəzən qrafiti ilə səhv salırlar. Qrafiti bu sənətin kiçik bir hissəsidir. Qrafiti divar şəkilləri və yazılarla vizual təsvir etmə sənətidir. Street art isə rəssamların öz mənəvi dünyalarını azad şəkildə ifadə etdiyi, adi məqamlardan ürəkləri fəth edən gözəl rəsm nümunələri yaratdığı və bunları yüzlərlə insana tanıtdığı çılğın sənətdir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər