Bakının Maştağa qəsəbəsində baxımsız vəziyyətə qalan tarixi “Qum hamamı”nın təmizlənilməsinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
Onun sözlərinə görə, hazırda bələdiyyə və icra nümayəndələləri ərazidədir. Fariz Hüseynli bildirib ki, vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər: "Zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyə də müraciət edilib. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb, günün sonunadək zibil yeşikləri də qoyulacaq".
O, abidənin bərpa olunması məsələsinin də gündəmdə olduğunu söyləyib.