İyulun 13-dən 14-ə keçən gecə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək.
Teleqraf.com xəbər verir ki, məlumatı Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar açıqlayıb.
Onun sözlərinə görə, sözügedən park yaxın zamanlarda salınacaq.