20 Noyabr 2020 14:07
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı alimlər koronavirusdan ölüm nisbətini əhəmiyyətli dərəcədə azaldan faktoru müəyyən ediblər.

Teleqraf.com xəbər verir ki, Boston Universitetinin Tibb Məktəbinin tədqiqatçıları öz işlərinin nəticəsini “PLOS ONE” jurnalında yayımlayıblar.

Mütəxəssislərin məlumatına görə, koronavirusa yoluxmuş pasientlər arasında qanda D vitamininin dərəcəsi normal olanlarda ağırlaşma və ölüm halları əhəmiyyətli dərəcədə az olur.

Beləliklə, 40 yaşdan yuxarı insanların bədənində kifayət qədər qeyd edilən maddə varsa, olanların ölüm ehtimalı digərlərinə nisbətən 51,5 faiz aşağı düşür. Alimlər, həmçinin yetərli D vitamininin sitokin fırtınası kimi ağırlaşmaların qarşısını almağa kömək edə biləcəyini də qeyd edirlər.

Bundan əvvəl Rokfeller Universitetinin (ABŞ) alimləri COVID-19-un həyati təhlükəli və ölüm hallarının immun sisteminin zəif işləməsi ilə əlaqəli olduğunu açıqlamışdılar.


Müəllif: Səxavət

Oxşar xəbərlər