AzTV-nin Ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Azər Qismət ötən gün xəstəxanaya yerləşdirilib.
Teleqraf.com-un məlumatına görə, o, ürəyindən əməliyyat olunub.
İş yerində qəfil halı pisləşən 49 yaşlı yazıçı Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. İnfarkt keçirən jurnalist ürəyindən əməliyyat olunub.
Vəziyyəti barədə həmkarlarına məlumat verən Azər Qismət ürəyinə stend qoyulduğunu və bu gün axşam evə buraxacağını bildirib.
Allah şəfa versin!