Bakının Qaradağ rayonuna içməli su fasilələrlə veriləcək.
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Kür- Bakı magistral su xəttinin Qaradağ rayonu ərazisindən keçən hissəsində təmir işlərinin aparılması ilə əlaqədar 05 dekabr 2014-cü il tarixdə gün ərzində Qaradağ rayonunun bəzi qəsəbələrinə və sənaye müəssisələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.