"Abzas Media" saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
O, xarici ölkədən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.
Qeyd edək ki, ötən gün saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.