Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 47 milyard 138,9 milyon manat təşkil edib.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,3 % artaraq 4 625 manata çatıb.