11 Noyabr 10:28
216
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ədaləti təmin etmək və iqlim dəyişikliyinin qarşısını almaq üçün qlobal iqlim konfranslarında iştirak edirlər".

Teleqraf.com xəbər verir ki, bu sözləri “La Ruta del Clima” qeyri-hökumət təşkilatının direktoru Adrian Martinez Blanka bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim problemləri, zərərin ödənilməsi və insan hüquqları mövzusunda keçirilən mətbuat konfransında bildirib.

"Onlar götürdükləri öhdəliklərə və təxirəsalınmaz tədbirlərin qəbul edilməsinin vacibliyinə baxmayaraq, qalıq yanacaqdan istifadəyə görə mənfəət əldə etmək üçün problemlərin həllini təxirə salmağa çalışırlar. Lakin biz insanların maraqlarını və təbiəti qorumaq üçün buradayıq. İnsanlara artıq sözlər lazım deyil. Onların hüquqları pozulub, insanlara konkret və vaxtında verilən qərarlar lazımdır. Biz bunu dəyişməliyik" - deyə o sözünə davam edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər