Cari ilin yanvar-noyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2,5 milyard manat, yalnız noyabr ayında isə 259,1 milyon manat dəyərində əməliyyat aparılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 498,8 milyon manatlıq əməliyyat aparıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 % çoxdur.
Təkcə noyabrda xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri illik müqayisədə 42,5 % artaraq 259,1 milyon manat təşkil edib.