29 Dekabr 2024 11:47
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsrlər boyu gürcü xalqı müxtəlif etnik və dini mənsubiyyətə malik insanlarla harmoniya şəraitində yaşayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili andiçmə mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gürcü xalqı yüksək tolerantlığı ilə fərqlənir.

“Biz qonşularımıza həmişə xüsusi dostluq və sədaqət, sevgi və hörmət bəsləmişik. Məhz buna görə də müxtəlif etnik mənşəli insanlar Gürcüstanı öz vətənləri hesab ediblər və lazım gələndə onu qorumaq üçün gürcülərlə bərabər döyüşüblər. Tarixdə bu cür qəhrəmanlıqlarla bağlı bir çox faktlar var”, - M.Kavelaşvili söyləyib.

O, milli azlıqları təmsil edən vətəndaşların Gürcüstanın ictimai-siyasi həyatında fəal iştirakından məmnun olduğunu qeyd edib:

“Mən onlara hörmət və xüsusi sevgimi ifadə etmək istəyirəm. Onların hər birinə özünü mükəmməl Gürcüstan vətəndaşı kimi hiss etdirmək bizim borcumuzdur”.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər