29 Dekabr 2024 11:40
7 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın yeni lideri Əhməd Şəra ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa və BMT rəsmiləri ilə görüşlərdə beynəlxalq ictimaiyyəti ölkəsinin yenidən qurulması prosesinə dəstək verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Şara ölkə rəsmilərindən Suriyanın yenidən qurulması üçün maliyyə ayırmalarını istəyib. Onun fikrincə, bu ölkələrdəki qaçqınlar bu yolla Suriyaya qayıda bilərlər.

Ölkələrin yardım təkliflərinə müsbət yanaşdıqlarını bildirən Şəra gələn ilin iyununda Suriyaya sıx qayıdış dalğası gözlədiklərini söyləyib.

Türkiyə 2.9 milyon suriyalını öz ərazisində qəbul etməklə ən çox Suriya qaçqınına ev sahibliyi edən ölkədir. Bu sahədə Türkiyəni 1.2 milyon qaçqınla Almaniya izləyir. Suriyanın yeni rəhbərliyinin bu təklifi həm humanitar yardım, həm də ölkələr arasında diplomatik əməkdaşlıq baxımından effektli bir model olaraq görülür. Son bir ayda Şəra ABŞ, Türkiyə, Britaniya, Fransa, Almaniya və BMT-nin Suriya ofisi ilə görüşlərini davam etdirib. Bundan əlavə, region ölkələri Qətər, İordaniya, Bəhreyn və İraq da Dəməşqə diplomatik nümayəndə heyətləri göndərib.

Suriyanın yenidən qurulmasına öncüllüyü Qətər və Türkiyə edir.

Rejimin devrilməsindən sonra Suriyanın yenidən qurulmasının qarşısında ən mühüm maneə devrilmiş Əsəd rejimin törətdiyi hərbi cinayətlər və qırğınlar səbəbindən ABŞ və Avropa İttifaqının (Aİ) Dəməşqə “Sezar Qanunu” çərçivəsində tətbiq etdiyi iqtisadi sanksiyalardır. Keçən həftə verdiyi bəyanatla Ağ Ev sanksiyaların ləğv oluna biləcəyini açıqlayıb. “Yeni Şafak” yazır ki, Vaşinqtonun sanksiyaları ləğv etməsi Suriyaya yenidənqurma üçün iqtisadi dəstək zəmini yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər