Suriyanın ordusu Hələb vilayətinin bəzi yerlərində terrorçuların varlığına son qoymaq üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, bu çərçivədə PKK/YPG terror təşkilatının işğal etdiyi Şeyx Maqsud və Əşrefiyyə qəsəbələrinə əlavə qüvvələr göndərilib.
Noyabrın 30-da nəzarət altına alınan Hələb şəhərinin iki qəsəbəsində terrorçuların varlığı davam edir. Suriya ordusu mülki təhlükəsizlik səbəbindən bu yöndə əməliyyatları təxirə salarkən, terrorçulara bölgəni tərk etmələri barədə dəfələrlə xəbərdarlıq eləmişdi.
Bu çağırışlara məhəl qoymayan təşkilat üzvləri şəhər məhəllələri və strateji nöqtələrə yerləşərək, mülki əhali və Suriyanın yeni hökumətinin qüvvələrini hədəfə almağa davam edib. Artıq Suriya ordusu bu iki qəsəbəyə əlavə qüvvələr göndərərək terrorçuları mühasirəyə alıb.
Türkiyə də dəfələrlə xəbərdarlıq edərək PKK/YPG-nin qarşısında iki seçiminin olduğunu bəyan edib: ya çıxacaqlar, ya da məhv ediləcəklər.