29 Dekabr 2024 12:19
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akkreditə olunmuş müşahidəçi - aviasiya qəzasının araşdırılması bölməsinin rəhbəri Tormodur Tormodson Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) baş katibinin tapşırığı ilə Qazaxıstana gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hazırda bütün beynəlxalq ekspertlər hadisə yerindədir. Ümumilikdə Aktauda qəza yerində 17 beynəlxalq ekspert işləyir.

Xatırladaq ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər