29 Dekabr 2024 10:26
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi bu ölkədə nüfuz dairəsi olan dövlətlərə ağır zərbə oldu. Devrilmiş rejimlə əməkdaşlıq edərək Suriyada nüfuz sahibi olan İran artıq bu təsirini itirib.

Teleqraf.com xəbər verir ki, iştirak etdiyi televiziya kanallarından birində danışan iranlı analitik Mehdi Xanəlizadədən bu mövzuda diqqətçəkən bir açıqlama gəlib.

Keçmişdə İraqda Türkiyəyə qarşı ABŞ-la əməkdaşlıq etdiklərini deyən iranlı analitik Suriyada da eyni şeyi edə biləcəklərini qeyd edib.

Xanəlizadə bu dəfə Tehranı Suriyada Türkiyəyə qarşı PKK/YPG terror təşkilatını dəstəkləməyə çağırıb:

“İran və ABŞ Suriyada Türkiyəyə qarşı PKK/YPG-yə dəstək verməlidir. Əvvəllər İraqda Türkiyəyə qarşı ABŞ-la əməkdaşlıq etmişik. Türkiyə YPG-ni təhdid kimi qəbul edir. İran və ABŞ bu məsələdə ortaq siyasət hazırlaya bilər”.

Ötən həftə Dəməşqə səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyanın yeni lideri Əhməd əl-Şara ilə görüşdə bu ölkədə terror təşkilatlarına icazə verilməyəcəyini təkrarlayıb.

“Bəəs” zülmətindən qurtulan Suriya İŞİD və PKK-dan da təmizlənəcək. Suriyada PKK/YPG-yə yer yoxdur. PKK/YPG ən qısa zamanda özünü buraxmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər