29 Dekabr 2024 11:51
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın bir sıra aviaşirkətləri – “IrAero”, “Ural Airlines” və “UTair” – Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən Azərbaycana planlaşdırılan reysləri dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, "UTair” Ufa və Samaradan Bakıya uçuşlarını ləğv edib. Artıq sərnişinlər SMS vasitəsilə bu dəyişikliklər barədə məlumatlandırılıb. Bununla belə, həmin reyslər bronlaşdırma sistemində görünür, lakin ən azı yanvarın sonuna qədər bilet almaq mümkün deyil.

Şirkətin Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya uçuşları isə davam edir.

“IrAero” Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya reysləri tamamilə cədvəldən çıxarıb və bu istiqamətlər üzrə biletləri bronlaşdırma sistemindən silib. Lakin Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya uçuşlar mövcuddur.

“Ural Airlines” Soçidən Azərbaycana uçuş proqramında dəyişiklik edib. Ancaq Moskva və Yekaterinburqdan Bakıya uçuşlar əvvəlki kimi satışda qalır.

Xatırladaq ki, Azərbaycandan Rusiyanın 10 şəhərinə – Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova – uçuşlar da müvəqqəti dayandırılıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər