Moskva-İrəvan reysi ilə uçan sərnişin təyyarəsi Tbilisidə təcili eniş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumatda deyilir ki, buna səbəb qatı duman olub.
Moskvanın “Domodedovo” hava limanından yola düşən təyyarə saat 09:00-da “Zvartnots”a enməli idi.
Təyyarə hava limanına yaxınlaşsa da, eniş etməyib və Tbilisiyə uçub.