"Dekabrın 25-də Rusiyanın hava məkanında təyyarəmizin vurulması nəticəsində həyatını itirənlər bu gün vətənə gətirilib torpağa tapşırılırlar. Baş verən olay bizim üçün təkcə faciə yox, ətrafımızda nələrin cərəyan etdiyini, böyük adlandırılan dövlətlərin özlərini necə apardıqlarını nəzərə alsaq, həm də bir sınaqdır".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Sahib Alıyev deyib.
Onun sözlərinə görə, bütün dünya bizim dövlət və millət olaraq bu sınaqdan da şərəflə çıxdığımızı görür:
"Qeyri-adekvatlığıyla diqqət çəkən bəzilərinin yardım təklifini rədd edən, təyyarənin vurulması faktınının təsdiqlənməsini və buna da uyğun addımlar atılmasını istəyən dövlətimizin özünü böyük sayanlardan nə qədər ucada durması da, uçuş heyətinin yüksək peşəkarlığı və gözyaşardıcı fədakarlığı da daim yaddaşlarda qalacaq. Kaş ki, təyyarəmizi səhv salıb vuranlar az da olsa, vurduqları təyyarədəki uçuş heyətinin üzvlərinə bənzəyərdilər".